Şəki sakini qonşusunun qapısına “Vinçester”dən atəş açıb

Median.Az xəbər verir ki, iyulun 21-də Şəki RPŞ-nə məlumat daxil olub ki, ayın 5-də şəhər sakini Şahin Əlibalayev münaqişə zəmnində qonşusu Azər İbrahimovun evinin giriş qapısına odlu silahdan atəş açıb.

Əməliyyat tədbiri keçirən polis əməkdaşları Ş.Əlibalayevin evindən müvafiq sənədləri olan “Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar ediblər.

RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *