Təmas xəttində erməni əsgər yaralanıb

Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda, Azərbaycan və Ermənistan ordusunun təmas xəttində erməni əsgər yaralanıb.

Median.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, yaralanan əsgər 1988-ci il təvəllüdlü David Arturoviç Miloyan olub.

Məlumata görə, baş verən hadisə ilə bağlı araşdırmalar başlanılıb.