Bakıda avtomobil mağazaya çırpıldı: Sürücü qaçdı – FOTO

Bakının Sabunçu rayonunda gecə saatlarında ağır qəza baş verib.

Oxu.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yüksək sürətlə hərəkətdə olan “90-TB-742” dövlət nömrə nişanlı, “Mersedes E 250” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, yoldan çıxıb və mağazaya çırpılıb.

Şahidlərin sözlərinə görə, qəzadan sonra avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hadisə yerinə yol polisi və post-patrul xidmətinin əməkdaşları gəlib.

Polis hadisəni törədən sürücünü axtarır.










Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *