Regionlarda narkotik satışında şübhəli bilinən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, İsmayıllı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb. Onun yaşadığı kəndin meşə ərazisində, aqrotexniki qaydada yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın, ümumilikdə 38 ədəd çətənə kolları, həmçinin 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndi ərazisində kənd sakini Rüstəm Əkbərovun kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə kolu aşkar edilərək, götürülüb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 2 kq 300 qram marixuana aşkar edilib.

Xaçmaz RPŞ-nin əməkdaşları Xudat şəhər sakini Cavid Əlimuradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 528 qram marixuana götürüblər, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən 13 ədəd çətənə kolu götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *