Sumqayıtda mənzildən meyit tapıldı

Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

Median.Az FHN-nin saytına istinadən xəbər verir ki, bir qadın mənzildə bağlı qapı arxasında köməksiz qalıb.

Hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü İbrahimova Şamama Mehdi qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.