Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

Bu haqda adıçəkilən Xidmətin Mətbuat Mərkəzinin məlumatında bildirilir.

Qeyd edilir ki, müvafiq tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq, aidiyyəti orqanlara təhvil verilib.

“2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı, 27.02.1994-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılmış və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib”, – deyə sonra qeyd olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *