Biləcəridə kafedə adam öldürən şəxslər saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 10-da Biləcəri qəsəbəsinin ərazisində yerləşən kafenin həyətində naməlum şəxs Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. Nəticədə zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətli törədən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılıblar.

Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *