Nərimanovda mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs tutulub

Median.Az xəbər verir ki, Metropolitendə Polis Şöbəsi və Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 9-da rayon ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu ələ keçirən Lənkəran rayon sakini Turan Mirzəzadə saxlanılıb.

Müəyyə edilib ki, o cinayəti həmyerlisi olan şəxslə törədib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Область прикрепленных файлов

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *