Xırdalanda və Gəncədə piyadalar vurulub

Median.Az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə şəhər sakini Murtuzəli Güləliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, Gəncə şəhəri ərazisində şəhər sakini Əfqan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Sahilə Baxşıyevanı vurub. Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan piyada orada keçinib.

Faktlarla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *