Bakıda quıdurluq edən Qazax sakinləri saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 11-də Bakı şəhər sakini H.Qocayevin mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Qazax rayon sakinləri Ömər Cəfərov və Məhəmmədəli İsmayılov saxlanılıblar.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *