Qobustanda yol qəzasında bir nəfər ölüb

Median.Az xəbər verir ki, ötən gün saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara çırpıb.

Nəticədə onun sərnişini – arvadı Elza Hüseynova hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *