Sulutəpədə qəsəbə sakinini bıçaqlayan şəxs tutulub

Median.Az xəbər verir ki, avqustun 22-də Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla xəsarət yetirib.

Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Etibar Həsənovu saxlayıblar.

Binəqədi RPİ İstintaq şöbəsində faktla bağlı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *