Gədəbəydə “VAZ” ağaca çırpılıb, 2 nəfər ölüb

Median.Az xəbər verir ki, avqustun 26-ı saat 20 radələrində Maarif kəndi ərazisində rayon sakini sakini Samir Abdullayev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə S.Abdullayev və sərnişini Təbriz Əliyev Mərkəzi Rayon Xəstəxanasında ölüblər.

Gədəbəy RPŞ-də faktla bağlı araşdırma aparılır.