Sürücüsüz taksilər Tokio küçələrində

Yaponiyada pilotsuz taksilərin sınaqlarına start verilib.

Median.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sınaqlar Tokioda keçirilir.

İlk dəfədir ki, pilotsuz taksilərin sınağı avtomobillərdə sərnişinlər ola-ola keçirilir.

Yaponiya hökuməti pilotsuz taksilərdən Olimpiada-2020 keçiriləcəyi zaman istifadə etməyi planlaşdırır.