Bakıda qeyri-qanuni obyektlərin söküntüsünə başlandı – FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.

Median.Az “Report”a istinadla xəbər verir ki, BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *