“Qarabağ”ın oyunundan sonra acınacaqlı durum – FOTO

Dünən “Qarabağ”ın “Şerif”i 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra media sektorundan acınacaqlı foto paylaşılıb.

Fotoda jurnalistlər oturan media sektorunun tum qabıqları və plastik su qabları ilə zibilləndiyi görünür.

Fotonu ANS-in sabiq jurnalisti Xəyal Azəroğlu sosial şəbəkədə paylaşaraq ərəb turistləri səliqəsiz, natəmiz olduğuna görə tənqid edənlərə sual ünvanlayıb:

“Niyə ərəbləri pinti olmaqda ittiham edirsiniz? Niyə öz gözünüzdə tiri görməyib başqa gözdə çöp axtarırsınız? Bu foto “Qarabağ” – “Şerif” matçından sonra çəkilib. Media və qonaq sektorunda əyləşən izləyicilərin özlərindən sonra qoyub getdikləri izdir…”

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *