Sumqayıtda tanışı bıçaqlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində şəhər sakini Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə (2001-ci il təv.) bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidov saxlanılıb.

ŞPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *