Bakıda qatar yaşlı kişini vurub öldürdü

Bakıda qatar yaşlı kişini vuraraq öldürüb.

Hadisə Biləcəri-Keşlə dəmir yolu xəttinin 2651-ci kilometrliyində baş verib.

Dünən saat 11:00 radələrində qatar piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən 1929-cu il təvəllüdlü Hüseynov Allahverdini vurub. Həmin şəxs hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.