Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb.

Qısa müddət ərzində sayta giriş çox olduğundan sistemdə məhdudiyyətlər yaranıb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək bildirib ki, mənzil seçimi prosesi hazırda dayandırılıb və proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Xatırladaq ki, mayın 7-də keçirilən sosial mənzillərin elektron qaydada seçimi zamanı da problem yaranmışdı./oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *