Gəncədə Məhkəmənin qarşısında arvadını öldürən şəxs tutulub

​Median.Az xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elvin Nəbizadəni (1991-ci il təv.) saxlayıblar.

Məlum olub ki, o sentyabrın 5-də Kəpəz rayon Məhkəməsinin qarşısında ondan boşanmaq istəyən həyat yoldaşı Aytac Tanrıverdiyevanın (1995-ci il təv.) qarşısını kəsərək, üzərində gəzdirdiyi bıçaqla qadına dəfələrlə zərbələr vurub. Zərərçəkmiş yaxınlarının köməyi ilə Gəncə şəhər 1 saylı Xəstəxasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.