Elman Rüstəmov inflyasiyadan danışdı

Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib.

Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Rəqabətqabiliyyətlilik üzrə Azərbaycan Forumu” adlı tədbirdə çıxışı zamanı bildirib.

Mərkəzi Bankın sədri qeyd edib: “2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *