Sabunçuda adam bıçaqlayan Gəncə sakini tutulub

Median.Az xəbər verir ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov naməlum şəxs tərəfindən bıçaqlanıb və kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

Sabunçu RPİ İstintaq şöbəsinə CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *