Bakıda qadın itkin düşüb

Paytaxtın Nizami rayonunda 42 yaşlı qadın itkin düşüb.

Naxçıvani küçəsi ev 18, mənzil 25-də yaşayan 1976-cı il təvəllüdlü Qurbanova İlahə Əlövsət qızı sentyabrın 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə qadının həyat yoldaşı Qurbanov Cavid Möhtəşəm oğlu Nizami rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinə ərizə ilə müraciət edib.

Faktla bağlı Nizami RPİ-nin 24-cü polis bölməsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *