Bakıda aptekə basqın edən qadın 8 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Aygün Əliyevanın (1984-cü il təv.) CM-nin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az xəbər verir ki, bu il martın 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Aygün Əliyeva, satıcı Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb. Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aygün Əliyevanı saxlayıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan qadın əvvəllər məhkumluq həyatı yaşayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *