Nəsimi rayonunda soyğunçu qadının mobil telefonunu ələ keçirib

Median.Az xəbər verir ki, sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə qanunsuz daxil olan naməlum şəxs ev sahibəsinə zor tətbiq edərək, mobil telefonunu ələ keçirib.

Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərovu saxlayıblar.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *