Sabunçuda keçmiş məhkum evində tanışını öldürüb

Median.Az xəbər verir ki, sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək, qətlə yetirib.

Sabunçu RPİ-nin əməkdaşları tərəfindən B.Cəfərov saxlanılıb və istintaqa təqdim edilib.

Sabunçu rayon prokurorluğunda CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *