Bakı polisi oğurluğa görə 3 nəfəri saxlayıb

Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polsi bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 3-də rayon ərazisindəki evdən 7500 manat dəyərində qızıl əşyalar oğurlayan Ağa Məmmədov saxlanılıb.

Bundan başqa, 8-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 27-dən mayın 24-dək olan müddətdə rayon ərazisindəki bir əlvan metal qəbulu məntəqəsindən, üç həyətyanı sahədən kondisioner, soyuducu, nərdivan, qaynaq aparatı, metal kəsən cihaz, 100 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini Namiq Quliyevi saxlayıblar.

Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə sentyabrın 10-da Lökbatan qəsəbəsindəki evdən 750 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Novruzov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *