Sabirabadda quldurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, sentyabrın 17-i saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində naməlum 4 nəfərin, kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Sabirabad RPŞ və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ceyhun Muradov, Xəyal Fətişov, Sakit Nuruşov və Rahil Heydərov saxlanılıblar.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *