Yasamal və Xəzər rayonlarında avtomobillərdən oğurluq edənlər tutulub

Median.Az xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də bir avtomobildən 6.000 manat oğurlayan Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb.

Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən avqustun 24-də Mərdəkan qəsəbəsi ərazisində “Opel” markalı avtomobildən 60 manat və 1.200 dollar dəyərində qızıl saat oğurlayan 3 yeniyetmə saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *