Bərdədə “Oka” qəza törədib, sürücü ölüb

Median.Az xəbər verir ki, sentyabrın 25-i saat 20 radələrində Bərdə şəhərinin ərazisində şəhər sakini Azər Həzili idarə etdiyi “Oka” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.