Kəpəz rayonunda oğurluqlar törədən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bu il martın 10-dan sentyabrın 4-dək olan müddətdə 1 aptekdən təzyiqölçən cihaz, 1 avtomobildən akkumulyator, 2 evdən su sayğacları oğurlayan Gəncə şəhər sakini Sərxan Mahmudov saxlanılıb.

Bundan başqa, Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 köşkdən tütün məmulatı, 1 nəfərin torpaq sahəsindən inşaat materialları,
1 həyətyanı sahədən samovar və 1 nəfərin mobil telefonunu oğurlayan Gəncə şəhər sakini Yusif Dadaşov saxlanılıb.

Faktla əlaqədar CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *