Əhmədlidə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 16-da Əhmədli qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan Bakı şəhər sakini Murad Zamanov saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *