Xırdalanda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, sentyabrın 3-ü saat 22 radələrində Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Bərdə rayon sakini İsmayıl İsmayılzadə vurulub. Zərərşəkmiş Respublika Klinik Xəstəxanasına çatdırılıb və həyatı xilas edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rizvan Xanvəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.