Zibil qutusunun yanında maşın saxlayan sürücü “zibilə düşdü” – FOTO

Xaricdə gördüyümüz mənzərə Bakıda təkrarlandı

Çoz zaman xarici ölkələrdə düzgün yerdə park etməyən avtomobillərə ictimai fəallar tərəfindən cüzi ziyan vurulur.

Bununla da sürücüyə etdiyi hərəkətin səhv olduğu əməli şəkildə izah olunur.
Analoji hal Bakıda da təkrarlanıb. Belə ki, zibil qutularının yanında avtomobil saxlayan sürücü “vətəndaşlara mane yaradıb.
Zibili atmaq istəyən şəxslər əraziyə girə bilməyiblər. Onlar da buna cavab olaraq zibilləri avtomobilin üzərinə atıblar.//avtosfer.az