Bakıda nəqliyyat vasitələrini qaçıran 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları Ələt qəsəbəsi ərazisində “VAZ 2106” markalı avtomobillə birgə Salyan rayon sakini Şamo Qocayevi saxlayıblar. Məlum olub ki, o oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevə məxsus avtomaşını Lökbatan qəsəbəsi ərazisindən qaçırıb.

Bundan başqa, Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomaşının Şərifli küçəsində olması müəyyən edilib. Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində sözügedən nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakini Abbas Quliyevi avtomobillə birgə saxlayıblar.

Nərimanov RPİ 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 15-də İlya Sapriqinin “Zontes” markalı motosikletini qaçıran Bakı şəhər sakini Rac Abdullayev, nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *