Ticarət mərkəzində kişinin çantasını oğurlayan qadın saxlanılıb

Median.Az xəbər verir ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən oktyabrın 13-də şəhər ərazisindəki ticarət mərkəzində, Talalar kənd sakini Elxan İsayevin, içərisində 67 manatı və mobil telefonu olan çantasını oğurlayan şəhər sakini S.Nəbiyeva saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.