Masallıda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 19-da Masallı şəhəri ərazisində naməlum şəxs Ağcabədi rayon sakini Etibar Qurbanovu bıçaqla hədələyib, pulunu və mobil telefonunu alıb.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Novruzov saxlanılıb, ondan 1 ədəd bıçaq götürülüb.

RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *