Bakı meriyasında kadr dəyişikliyi

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmrinə əsasən, Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyev vəzifəsindən azad edilib.

Onun yerinə İntiqam Məmmədov təyinat alıb.