Bakıda oğurluğa görə 8 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən oktyabrın 20-də rayon ərazisindəki klubların birindən oyun aparatı oğurlayan Bakı şəhər sakini Ümüd İsmayılov saxlanılıb.

Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 23-də Türkan qəsəbəsində, evlərin birindən 1100 manat oğurlayan ev sahibəsinin qohumu Tural Nuriyev saxlanılıb.

Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyev saxlanılıb. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırma zamanı, sentyabr ayından oktyabrın 22-dək olan müddətdə onun rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib.

Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 6-da rayon ərazisindəki evlərin birindən 4 ədəd taxta qapı oğurlayan Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsayev saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il fevralın 13-də rayon ərazisində 1 avtomobildən gümüş əşyalar oğurlayan
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il mayın 27-də kafedən müsiqi aləti, mikrofon və spirtli içki oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb. Onun CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması məlum olub.

Qaradağ rayon mühafizə şöbəsinin (RMŞ) əməkdaşları Bakı şəhər sakinləri Vaqif Fərəcov və Amid Əliyevi saxlayıblar. Məlum olub ki, onlar oktyabrın 23-də Qızıldaş qəsəbəsində, şirkətlərdən birinə məxsus “Hovo” markalı avtomaşından akkumulyator oğurlamağa cəhd göstəriblər. Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslər Qaradağ RPİ 38-ci polis bölməsinə təhvil veriliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *