Nizami rayonunda “Ford” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, oktyabrın 25-i saat 13 radələrində Babək prospektində Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi “Ford” markalı avtomobillə paytaxt sakini Tural Abdullayevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.