Gəncədə “Mercedes” piyadanı vurub öldürüb

Median.Az xəbər verir ki, oktyabrın 26-i saat 22 radələrində Nizami küçəsində şəhər sakini Amin Əliyev idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillə yolu keçən həmyerlisi Tural Talıbovu (1993-cü il təv.) vurub.

Təcili Tibbi Yardım Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Gəncə ŞBPİ-də faktla bağlı araşdırma aparılır.