Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi – FOTO

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib. 

Adı açıqlanmayan qadın bu addımının səbəbini uşağı qeyri-rəsmi münasibətdən dünyaya gətirməsi ilə əlaqələndirib.

“Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova uşağın körpələr evinə yerləşdiriləcəyini deyir:

“Əlbəttə ki, dövlət müəssisəsinə yerləşdiriləcək. Çox heyif! Bunun acısını isə gələcəkdə bu körpə çəkəcək”.

Sığınacağın rəhbəri deyir ki, anaya uşaqdan imtina etməmək təklif edilsə də, qərarının ancaq və ancaq qeyri-rəsmi münasibətdən dünyaya gətirdiyi körpəsindən qurtulmaq olub.

“Əslində qadına uşağını atmazsa ona dəstək olacağımızı təklif etdik. Razılaşmadı, bu dəstəyimizdən imtina etdi və qırarının uşağı sığınacağımıza təhvil vermək olduğunu bildirdi” – M.Zeynalova təəssüflə bildirdi.//Baku.ws

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *