Salyan sakini həmkəndlisini bıçaqlayıb

Median.Az xəbər verir ki, Salyan RPŞ-nin əməkdaşları rayon sakini Röyal Zülfüqarovu (1994-cü il təv.) saxlayıblar.

Araşdırma zamanı məlum olub ki, Boranıkənd kəndində Röyal Zülfüqarov aralarında yaranan münaqişə zəmnində Elsevər Əhmədova (1990-cu il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə yaralanan şəxs Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat olunub.

RPŞ İstintaq bölməsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *