Şəmkirdə “Lexus” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, oktyabrın 28-i saat 22 radələrində Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə kənd sakini Natiq Məmmədovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.