Binəqədi polisi hədə-qorxu ilə vətəndaşdan 45.000 dollar pul alan şəxsləri saxlayıb

Median.Az xəbər verir ki, oktyabrın 25-də Binəqədi RPİ-nə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 dollar, oktyabrın 5-də isə 18.000 dollar aldıqlarını bildirib.

Məlumatla əlaqədar 5-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cinayət əməlini törədən 3 yeniyetməni müəyyən edərək, saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.