İlham Əliyev bir sıra görüşlər keçirib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


Prezident İlham Əliyev oktyabrın 30-da həmçinin Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevlə görüşüb.