Bakı və Sumqayıtda dələduzluğa görə 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manat pulunu dələduzluq yolu ilə alan paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanılıb.

Araşdırma zamanı, R.Fətəliyevin dələduzluq yolu ilə 3 şəhər sakininin pullarını alması müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam edir.