Nəsimi rayonunda “Mercedes”i qaçıran 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində, üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *