Bakıda oğurluq törədən 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 28-də Bakı şəhər sakini Y.Ağahüseynovun cibindən 120 manat və mobil telefonu oğurlayan paytaxt sakini G.Abdullayeva saxlanılıb.

Bundan başqa, 19-cu polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində, rayon ərazisindəki mənzildən pul və mobil telefon oğurlayan Goranboy rayon sakini C.Quliyevanı saxlayıblar.

Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 7 nəfərə məxsus velosipedləri oğurlayan Bakı şəhər sakini Eldar Əmirbəyov saxlanılıb. Onunla birgə sözügedən əməllərdə iştirak edən daha 2 nəfərin şəxsiyyəti müəyyən edilib və onların axtarışı davam edir.

Səbail RPI 8-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazovanı saxlanılıblar. Məlum olub ki, onlar qrup halında oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *