Nizami rayonunda avtobus qadını vurub, öldürüb

Median.Az xəbər verir ki, noyabrın 8-i saat 7 radələrində Q.Qarayev prospektində Sumqayıt şəhər sakini Murğuz Şirinov idarə etdiyi “Hyundai” markalı avtobusla yolun kənarında dayanmış Sabirabad rayon sakini Bəsti Eyvazovanı vurub.

Nəticədə qadın hadisə yerində ölüb.

Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.